Bakı. Trend:
Sent-Cons şəhərindən Halifaksa daxili reys həyata keçirənKanadanın “Pal Airlines” sərnişin təyyarəsi “Halifax Stanfield”hava limanına sərt eniş edib. Enərkən qanadı uçuş-eniş zolağınadəyən təyyarə alovlanıb.
Trend xəbərverir ki, hava limanının məlumatına görə, hadisə yerli vaxtla saat21:30-da baş verib.
İlkin ehtimallara görə, hadisəyə təyyarənin şassisində baş verənnasazlıq səbəb olub. Qəza nəticəsində heç kimin xəsarət almadığıbildirilir.
Qəzadan sonra hava limanı bir müddət bağlanıb və problemləraradan qaldırıldıqdan sonra fəaliyyətini bərpa edib.
Bir müddət öncə, Cənubi Koreyanın “Muan” hava limanında təyyarəeniş zamanı uçuş-enmə zolağının kənarına çıxaraq hasara çırpılıb.Qəza zamanı təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil 181nəfər olub. Son məlumata görə, hadisə nəticəsində ölənlərin sayı120 nəfərə çatıb.