Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinin Boeing 737-800 təyyarəsinin qəzaya uğraması nəticəsində 127 nəfərin öldüyü hakimiyyət orqanları tərəfindən təsdiqlənib.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yazıb.
Məlumata görə, qalan sərnişinlər itkin düşüb. Milli yanğınsöndürmə işçiləri deyirlər ki, başqa heç kimin sağ qalacağına ümid yoxdur.
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 181 nəfər olub. Onlardan 179-u Cənubi Koreya, daha ikisi isə Tailand vətəndaşıdır.
İki qadın – sərnişin və stüardessa xilas edilərək xəstəxanaya yerləşdirilib.
Azpost.info