AZ

Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...

Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın "Jeju Air" aviaşirkətinə məxsus Boeing 737 təyyarəsi ölkənin Muan hava limanında qəzaya uğrayıb. O, Banqkokdan uçurdu.

Təyyarədə ümumilikdə 181 nəfər olub. Onların arasında 173 koreyalı və iki taylandlı var. İlkin məlumatlara görə, yalnız iki ekipaj üzvü sağ qalıb. Onlar fövqəladə vəziyyət zamanı təyyarənin arxasında olublar. Hazırda hər ikisinin vəziyyəti ağırdır. 124 nıfərin ölümü isə təsdiqlənib.

Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq beton maneəyə çırpılıb, sonra isə partlayıb. Partlayış nəticəsində təyyarə demək olar ki, tamamilə sıradan çıxıb. Muan qəzası ölkənin ən böyük aşağı büdcəli aviaşirkəti "Jeju Air"in 20 illik tarixində ilk təyyarə qəzasıdır.

Qəzanın ilkin səbəbi kimi quşların vurması nəticəsində eniş şassisi sisteminin sıradan çıxması göstərilir. Xilasetmə əməliyyatlarında 180-ə yaxın hərbçi, yanğınsöndürən və təcili tibbi yardım maşınları iştirak edir. Təyyarə qəzasından sonrakı işlərə polis, xilasedicilər və hərbçilər daxil olmaqla 1,5 mindən çox insan cəlb edilib.

Faciə yerindən ilk görüntüləri diqqətinizə çatdırırıq:

  • Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...
  • Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...
  • Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...
  • Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...
  • Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...
  • Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...



Mənbə: unikal.az

Seçilən
100
unikal.az

1Mənbələr