AZ

Supermarketə naməlum qaz YAYILDI: Xeyli sayda yaralı VAR

Ajans.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, dekabrın 28-i axşam saatlarında Valdhaymdakı Hauptstrassedəki Kaufland mağazasının qida şöbəsinə naməlum maddə püskürtülüb. “Hazırda 41 nəfər yaralanıb, onlardan 15-i xəstəxanaya çatdırılıb", - qəzet hüquq-mühafizə orqanının əməkdaşından sitat gətirir. Supermarketdəki müştərilər ürəkbulanma və tənəffüs yollarının qıcıqlanmasından şikayətlənib.

Hazırda polis qazdan zəhərlənmə nəticəsində orta dərəcəli bədən xəsarəti yetirməklə bağlı araşdırma aparır. Hadisənin başvermə şəraiti də araşdırılır və səpilən maddənin növü müəyyənləşdirilir.

Seçilən
77
Ajans.az

1Mənbələr