Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilib.
Həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Həlak olanların cənazələri hələ xiyabana gətirilməsə də, artıq insanlar onların xatirəsinə ehtiram əlaməti olaraq Fəxri xiyabana axın edirlər.
“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin Fəxri xiyabandan lentə aldığı fotoları təqdim edirik: