AZ

Bunu etmək 50 qəpik idi, 5 manat oldu – Açıqlama

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub. Belə ki, o, Milli Arxiv İdarəsində qiymətin bahalaşmasından gileylənib.

Sitat: “Milli Arxiv İdarəsində bir fotonun skan surəti 5 manat olub. Yayda 50 qəpik idi. Buna etiraz edirəm. Belə şey olarmı? Bunu hansı qurum, hansı əsasla təyin edir? Bu, tədqiqatçılara “işləməyin” deməkdir”.

Globalinfo.az-a danışan Dövlət Tarix Arxivinin sabiq direktoru Aslan Kənanın sözlərinə görə, şikayətlər əsassızdır.

O, qiymətin çoxdan artırılmalı olduğunu deyib:

“Gərək qiyməti 10 il bundan əvvəl artırardılar. Hələ 10-15 il bundan öncə Gürcüstanda bir dənə vərəq almaq üçün 8-12 lari (təxmini 4,84-7,26 manat) pul verirdilər. Bütün Arxiv İdarələrində qiymət yüksək olur, yalnız Azərbaycanda deyil. Fikrimcə, məlumatların, tarixlərin oğurlanmaması, necə gəldi paylaşılmaması üçün qiyməti artırmaq qərarına gəliblər. Qərar çox doğrudur! Bu, arxivin sirrini saxlamaq məqsədi ilə bahalaşdrılır”.

Seçilən
118
8
turkustan.az

9Mənbələr