Təxminən 200 sərnişin Moskvanın Vnukovo hava limanında ilişib qalıb, onlar 12 saata yaxındır ki, Vladiqafqaza uça bilmirlər.
“Ajans.az xəbər verir ki, "Utair”in sərnişinləri SHOT telegram kanalına açıqlamasında bildiriblər ki, onların Vladiqafqaza 395 saylı reysi saat 00:25-dən on dəfədən çox dəyişdirilib. Əvvəlcə buna pis hava şəraiti səbəb olub:
"Gəliş aeroportu güclü qarla örtülmüşdü və işçilər uçuş-enmə zolağını təmizləməli olmuşdular. Bununla belə, artıq Moskva vaxtı ilə saat 06:00-da Osetiya hava limanı gəlişlər üçün açılıb və 395 saylı reysin sərnişinləri hələ də paytaxtdadırlar. Baxmayaraq ki, Moskvadan Vladiqafqaza ən azı bir reys artıq uçub.
Sərnişinlərdən birinin sözlərinə görə, onları yalnız yeddi saat gözlədikdən sonra otelə yerləşdiriblər və bu müddət ərzində yemək və su verilməyib.