Bakı. Trend:
KLM aviaşirkətinin Oslo-Amsterdam reysini yerinə yetirən “Boeing737” təyyarəsi texniki nasazlıq səbəbindən Norveçin cənubundatəcili eniş edib.
Trend bu barədə xarici KİV-əistinadən xəbər verir.
Norveç polisinin məlumatına görə, Oslo şəhərindən saat 18:55-dəhavaya qalxan təyyarə yerli vaxtla 19:14-də Sandefyord havalimanında uğurla eniş edib. Göyərtədə olan 182 nəfər, o cümlədənekipaj üzvləri xəsarət almayıb.
Yerli KİV-in məlumatına əsasən, sərnişinlər və ekipaj üzvlərihavaya qalxdıqdan dərhal sonra yüksək səs eşidiblər. Daha sonrapilotlar sol mühərrikdən tüstü çıxdığını müşahidə ediblər. Təyyarəyerə endikdən sonra idarəetməni itirib, uçuş-enmə zolağından kənaraçıxaraq otlu sahədə dayanıb. Hadisə nəticəsində heç kim xəsarətalmayıb və fövqəladə xidmətlərin operativ müdaxiləsi bütüniştirakçıların təhlükəsizliyini təmin edib.