Hurriyyet.az xəbər verir ki, Cənubi Koreyanın Muan aeroportunda (ölkənin cənub-qərbindəki Çolla Namdo vilayətində yerləşir) "Boeing 737-800" markalı təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 174 nəfərə çatıb.
Banqkokdan uçan təyyarənin göyərtəsində ümumilikdə 181 nəfər - 175 nəfər sərnişin (173 nəfər Koreya Respublikası vətəndaşı, 2 nəfər Tailand vətəndaşı) və 6 nəfər heyət üzvü olub. Təyyarə "Jeju Air" şirkətinə məxsusdur.
Bu barədə "Yonhap" agentliyi məlumat verib.
İlkin məlumata görə, təyyarənin qəzaya uğramasının səbəbi quşlarla toqquşma olub.
Təyyarə yerə düşərək ikiyə parçalanıb və alovlanıb.
Fəlakətin səbəblərinin dəqiqləşdirilməsi üçün araşdırma aparılır.
Hürr Tərcüman