AZ

“Mən Azərbaycanda dava-dalaş, küçələrdə sərxoş insanlar, evsiz-eşiksiz insanlar görmədim”

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, polşalı qolkiper Azərbaycanın təhlükəsiz ölkə olduğunu bildirib.

24 yaşlı legioner küçələrdə dava-dalaş, sərxoş insanlar görmədiyini deyib:

"Polşa nisbətən təhlükəsiz ölkədir. Lakin Azərbaycanda təhlükəsizlik hissi daha da böyükdür.

Mən burada nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz insanlar gördüm".

"Qarabağ" Mateuş Koxalskini bu ilin avqust ayında "Stal"dan (Polşa) transfer edib. Qapıçı Ağdam təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Seçilən
66
sportinfo.az

1Mənbələr