AZ

Rusiyanın belə getməsini istəmirik - Colani

Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın iki ölkə arasındakı münasibətlərə ziyan vuraraq respublikanı tərk etməsini istəmir.

Axar.az xəbər verir ki, bunu Suriyanın yeni hökumətinin başçısı Əhməd əş-Şara (Colani) deyib.

“Suriyanın Rusiya ilə strateji maraqları var. Biz Rusiyanın Suriya ilə münasibətlərinə uyğun gəlməyən bir şəkildə getməsini istəmirik”, - Əş-Şara bildirib.

Qeyd edək ki, Rusiyanın Suriyadakı iki mühüm hərbi bazasının taleyinə hələ də aydınlıq gətirilməyib.

Seçilən
90
4
axar.az

5Mənbələr