Suriyanın hazırkı rəhbərliyi Rusiya Federasiyasının ölkəni tərk etməsini istəmir. AzPost xəbər verir ki, bunu Suriyanın yeni lideri Əbu Məhəmməd əl-Culani “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dəməşq və Moskvanı strateji maraqlar birləşdirir.
“Biz Rusiya Federasiyasının Suriya ilə münasibətlərinə xələl gəlməsini istəmirik” – deyə əl-Culani bildirib.
Azpost.info