AZ

Təyyarə qəzasında həlak olan Anar Babayev Astarada dəfn edilib

Bakı. Trend:

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan1991-ci il təvəllüdlü Astara rayon Şiyəkəran kənd sakini AnarBabayevin nəşi bu gün səhər saatlarında ailəsinə təhvilverilib.

Trend xəbərverir ki, ailəsi ilə vida mərasimindən sonra 33 yaşlı AnarBabayevin cənazəsi Şiyəkəran kənd qəbiristanlığına gətirilib vətorpağa tapşırılıb.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən“Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzayauğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isəyaralanıb.

Seçilən
82
8
az.trend.az

10Mənbələr