Bakı. Trend:
Cənubi Koreyanın Çolla-Namdo əyalətində yerləşən Muan havalimanında baş verən təyyarə qəzası nəticəsində 177 nəfərin həyatınıitirdiyi təsdiqlənib.
Trend“Yonhap”a istinadən xəbər verir ki, itkin düşənlərin sayı 2 nəfərəenib.
Daha əvvəl 176 nəfərin həlak olduğu, 3 nəfərin itkin düşdüyü və2 nəfərin isə xilas edildiyi bildirilmişdi.
Qeyd edək ki, Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinə məxsus“Boeing 737-800” təyyarəsi Banqkokdan uçurdu. Təyyarəningöyərtəsində 175 sərnişin (173 Cənubi Koreya vətəndaşı və 2 Tailandvətəndaşı) və 6 ekipaj üzvü olub. Cənubi Koreya hakimiyyəti hesabedir ki, iki nəfər sağ qalan istisna olmaqla, təyyarədə olanlarınhamısı həlak olub.
İlkin versiyaya görə, qəza şassinin quşlarla toqquşmasınəticəsində nasaz olması səbəbindən baş verib. Ekipaj təyyarənigövdə üzərinə endirməyə çalışıb, lakin təyyarə sürəti azaldabilməyib və uçuş-enmə zolağının sonunda olan konstruksiyayaçırpılıb, bu da yanğına səbəb olub.
Cənubi Koreyanın prezident vəzifəsini icra edən baş nazir ÇxveSan Mok, baş vermiş təyyarə qəzasına görə Muan bölgəsini xüsusifəlakət zonası elan edib. Bu qərar dövlət yardımlarının ayrılmasınaimkan yaradacaq.