AZ

Rusiya vizasız qalma müddətini azaldır

Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 2025-ci il yanvarın 1-dən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

“Cebheinfo.az” “Kommersant”a istinadən xəbər verir ki, bu dəyişikliklər hüquqi qaydalar və beynəlxalq müqavilələrdə nəzərdə tutulan bəzi istisnalar olmaqla, Rusiyaya vizasız daxil olan bütün xarici vətəndaşları əhatə edəcək.

Xarici İşlər Nazirliyinin internet saytında dərc edilən açıqlamada “Rusiya Federasiyasına viza ilə daxil olan əcnəbilərin müvəqqəti qalma müddəti keçmişdə olduğu kimi verilmiş vizanın etibarlılıq müddəti ilə məhdudlaşır” ifadəsi yer alıb.

Bəzi keçmiş Sovet respublikalarının vətəndaşlarının Rusiyaya vizasız daxil olmaq hüququ var.

Seçilən
72
50
cebheinfo.az

10Mənbələr