AZ

PREZİDENT AzTV-yə MÜSAHİBƏ VERDİ, QƏZADAN DANIŞDI: "Bu, vicdansızlıqdır" - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.

Mia.az müsahibəni təqdim edir.

Jurnalist: Salam cənab Prezident.

Prezident İlham Əliyev: Salam.

Jurnalist: Təəssüf ki, ötən günlərdə bizi dərindən sarsıdan hadisə baş verdi. Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

Prezident İlham Əliyev: Mən bu barədə Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən məlumat aldım, məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər.

-Cənab Prezident, bəs təyyarə ekipajının fəaliyyətini necə qiymətləndirirsiniz?

-Cənab Prezident, Siz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng etdiniz. Müzakirə olunan məsələlər barədə fikrinizi bilmək istərdik. Ümumiyyətlə, məsələ ilə bağlı birgə fəaliyyət aparan Azərbaycan və Qazaxıstan hökumətləri rəsmilərinin bu birgə fəaliyyətini necə qiymətləndirirsiniz?

-Qəzadan sonra AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırdı. Bəs, bu qərarın verilməsi hansı zərurətdən irəli gəldi və hazırda işlər necə gedir?

-Cənab Prezident, bəs ümumilikdə Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələbləri nədən ibarətdir?

-Çox sağ olun, cənab Prezident. Suallarımıza ətraflı şəkildə cavab verdiyiniz üçün minnətdarıq.

Seçilən
107
1
mia.az

2Mənbələr