AZ

“Rusiya öz məsuliyyətini etiraf etməli və bu məsuliyyətdən irəli gələn addımlar atmalıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və qəzadan sonrakı prosesləri geniş şərh edib. İlham Əliyev bildirib ki, Rusiyaya qarşı dörd şərt irəli sürülüb: “Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.

 

Rəsmi Bakı tərəfindən irəli sürlən tələblərin yerinə yetirilməsi haqqın, ədalətin bərpası ilə yanaşı, Azərbaycan-Rusiya müansibətlərinin gələcəyi baxımından nə dərəcədə önəmlidir?

 

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Rusiyanın bu məsələdəki məsuliyyətini qəbul etməsinin vacib olduğunu bildirib:

 

“Rusiya ilə Azərbaycan arasında dərin əlaqələr, geniş əməkdaşlıq var. Bu, forsj-majordur. Ancaq bu məsələdə məsuliyyədən qaçmaq olmaz. Rusiya baş verənlərə görə məsuliyyət daşıyır. Çünki hadisə Rusiya ərazisində baş verib. Ancaq biz görürük ki, Rusiya məsuliyyəti boynundan atmaq istəyir.

 

Beynəlxalq qanunvericilik tələb edir ki, Rusiya Azərbaycandan üzr istəsin və təzminat ödəsin. Rusiya Azərbaycanfobiya, türkfobiya imi meyillərin baş qaldırmasına imkan verməməlidir.

Baş verənlər bizim günahımız deyil. Bu, Rusiyanın günahıdır. Rusiyanın əlaqədar qurumları bu məsələni texniki zəmində həll etmək əvəzinə siyasiləşdirdilər. Bundan sonra isə vəziyyətdən çıxış yolları axtarmağa başladılar.

 

Azərbaycanın niyyəti Rusiyanı aşağılamaq deyil. Sadəcə, Rusiya öz məsuliyyətini etiraf etməli və bu məsuliyyətdən irəli gələn addımlar atmalıdır”.

 

Seymur ƏLİYEV

Seçilən
49
moderator.az

1Mənbələr