AZ

179 nəfər həlak olub: Cəmi 2 nəfər sağ qalıb

Taylandın Banqkok şəhərindən havaya qalxan "Jeju Air" şirkətinə məxsus sərnişin təyyarəsi Cənubi Koreyada uçuş-enmə zolağından çıxaraq divara çırpılıb.

"Cebheinfo.az" xəbər verir ki, 175 sərnişin və 6 stüardessa olan təyyarədə 179 nəfər ölüb.

Təyyarədə olan hər kəsin öldüyü ehtimal edilən qəzadan möcüzəvi şəkildə iki nəfər sağ çıxa bilib.

Xarici İşlər Nazirliyi Cənubi Koreyada baş verən təyyarə qəzasında həyatını itirənlər üçün başsağlığı mesajı yayımlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasından dərin kədərləndikləri bildirilib:

"Bu faciəvi qəzada həyatını itirənlərin yaxınlarına və Koreya Respublikası xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”.

Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen "X" hesabında yazdığı yazıda qəza ilə bağlı kədərini ifadə edib.

"Həyatını itirənlərin ailələrinə və bütün Cənubi Koreya xalqına dərin hüznlə başsağlığı verirəm".

Almaniya kansleri Kansleri Olaf Şolts Cənubi Koreyada ölümlə nəticələnən təyyarə qəzasında həyatını itirənlərin ailələrinə başsağlığı verib:

“Cənubi Koreyada bir çox insanın həyatını itirdiyi dəhşətli təyyarə qəzası xəbərini aldıq. Qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik".

Amerika aviasiya nəhəngi “Boeing” Cənubi Koreyada sərnişin təyyarəsinin həlak olması ilə bağlı başsağlığı verib.

Şirkət Cənubi Koreyanın "Jeju Air" şirkəti ilə əlaqə saxladığını bildirib.

"Jeju Air" qəzaya uğrayan təyyarənin Boeing istehsalı olan 737-800 sərnişin təyyarəsi olduğunu bildirib.

Seçilən
98
cebheinfo.az

1Mənbələr