Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində belə deyib.
Bəs deyirdiniz ki, İlham Əliyev Vladimir Putinin nökəridir. O, qorxusundan ağasına bir söz deyə bilməz...
Belə düşünənlər unudurdu ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentini Qarabağdan vaxtından əvvəl çıxardan elə İlham Əliyevin özü idi.
Siz özünüz bilərsiz, mən öz adıma cənab Prezidentə cinayəti ört-basdır etməyə çalışan Rusiyanın qarşısında dim-dik dayandığına görə təşəkkür edirəm...
Elbəyi Həsənli, Sürix