Suriyada seçkilər 4 ildən sonra keçiriləcək.
Yenisabah.az Al-Arabiya-ya istinadla xəbər verir ki, bunu Suriyanın faktiki lideri Əhməd əl-Şaraa deyib.
Onun sözlərinə görə, yeni konstitusiya layihəsinin hazırlanması 3 ilə qədər vaxt apara bilər.
Əl-Colanı bildirib ki, suriyalıların radikal dəyişiklikləri görməsi üçün təxminən 1 il lazım olacaq.
O, qərarın Milli Dialoq Konfransında veriləcəyini bildirib.
Beynəlxalq əlaqələrdən danışan əl-Şaraa Suriyanın Rusiya ilə strateji maraqlarının olduğunu bildirib. Rusiyanın Suriyada hərbi bazaları var, uzun müharibə zamanı Əsədin yaxın müttəfiqi olub və Əsədə sığınacaq verib. Bu ayın əvvəlində Şaraa bildirib ki, Suriyanın Rusiya ilə münasibətləri ümumi maraqlara xidmət etməlidir.
Şaraa, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyinə ümid etdiyini bildirib.
Telegram kanalımız