Xilasedicilər Cənubi Koreyanın Muan hava limanında təyyarə qəzasında həlak olan 179 nəfərin hamısının cəsədini tapıblar.
Editor.az bildirir ki, bu barədə “Yonhap” xəbər verir. Təyyarədə ümumilikdə 181 nəfər olub: 175 sərnişin, 4 stüardessa və 2 pilot. Təyyarə qəzasında iki nəfər – təyyarənin arxa hissəsində olan stüardessalar sağ qalıb. “Yonhap” qeyd edir ki, bə təyyarə qəzası qurbanların sayına görə Cənubi Koreya tarixində ən böyük qəzadır.
Qeyd edək ki, “Jeju Air” təyyarəsi Banqkokdan Muana uçurdu. Eniş anında təyyarənin şassisi açılmayıb, təyyarə beton maneəyə çırpılıb və partlayıb. Hadisə yerində 1,5 min yanğınsöndürən, 32 yanğınsöndürən maşın və bir neçə helikopter işləyir. Cənubi Koreyada 7 günlük matəm elan edilib.
//Samir Qurbanov, Editor.az