AZ

Qazaxıstan Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutularını Braziliyaya göndərəcək

Qazaxıstan Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutularını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) təhvil verəcək.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Mesajda vurğulanır ki, qara qutular Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə uyğun olaraq, eyni zamanda Embraer təyyarəsinin mənşə ölkəsi olan Braziliyaya göndəriləcək.

CENIPA bütün lazımi texniki vasitələrə, müasir avadanlıqlara və uçuş yazıcılarından məlumatları uğurla oxumaq üçün sertifikatlaşdırılmış laboratoriyaya malikdir.

“Bu məsələ dövlət başçısının şəxsi nəzarətindədir”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Aktauda təyyarə yerdən zədələnib.

DOĞRU.AZ

Seçilən
116
dogru.az

1Mənbələr