AZ

Portuqaliya millisinin sabiq oyunçusu həbs olundu

Portuqaliya millisinin sabiq müdafiəçisi, hazırda Qətərin "Əl-Xor" klubunda çıxış edən Ruben Semedo məişət zorakılığı ittihamı ilə Lissabonda həbs edilib.

Fanat.Az xəbər verir ki, məlumatı "Correio da Manha" yayıb. 

Mənbənin məlumatına görə, şənbədən bazara keçən gecə 30 yaşlı futbolçunun sevgilisi polisə zəng edərək Semedonun ona hücum etdiyini və qaçmağa müvəffəq olana qədər onu bir neçə saat evdə saxladığını bildirib.

Zərərçəkənin qorxduğu və bədənində əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi qeyd edilir. 

Məhkəmə Semedonun işinə bazar ertəsi baxacaq.

Xatırladaq ki, 2018-ci ildə portuqaliyalı adam oğurluğu, soyğunçuluq və qeyri-qanuni silah saxlamaqda ittiham olunub. Semedo həmin vaxt 5 ay həbsdə qalıb, lakin 30 min avro girov qarşılığında sərbəst buraxılıb. 2021-ci ildə Afinada 17 yaşlı qıza təcavüz etməkdə ittiham edilərək yenidən həbs edilib. Bir neçə gün sonra futbolçu 10 min məbləğində girov ödənildikdən sonra sərbəst buraxılıb.

Mirağa

Seçilən
61
fanat.az

1Mənbələr