Bakı. Trend:
Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərəalınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığındaqəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qaraqutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və QarşısınınAlınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbulolunmuşdur.
Xüsusilə vurğulanmalıdır ki, CENIPA-da qara qutularınçatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərinbirbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcəkdir.Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədəixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirakedəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf vəbeynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etməkməqsədi daşıyır.
Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dairmümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalqictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlımütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalqekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini vədəqiqliyini daha da gücləndirəcəkdir.
Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarınınaraşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasiravadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçünbeynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalarasahibdir.