AZ

Azərbaycanda toy yasa döndü - Gəlinin anası öldü: Qızdan bunu gizlətdilər + FOTOLAR

İki gün əvvəl Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol qəzası bütün ölkənin danışdığı əsas hadisələrdən oldu.

Titul.az xəbər verir ki, 3 nəfərin öldüyü dəhşətli qəzada toya və yasa gedənlərin avtomobilləri toqquşması olayı bir xeyli diqqət çəkdi.

Toqquşan avtomobillərdən “VAZ 2107”də olanlar Beyləqan rayon sakinləridir və bir ailənin üzvləridir. Onlar Salyana yas mərasiminə gedirmiş.toy

Qəzanın digər iştirakçısı “Opel” markalı avtomobildə olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gedirmiş.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. 

Ölən qadınlardan biri qızının toyuna gedən ana imiş. Toyun sonuna kimi gəlinə anasının Bakıdan toya gələrkən yolda faciəvi şəkildə həlak olduğu gizlədilib.

Hadisənin fotoları:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
85
7
titul.az

8Mənbələr