Türkiyə Super Liqası iştirakçısı “Beşiktaş”ın yeni prezidenti müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, Serdal Adalı və Hüseyn Yücelin mübarizə apardığı seçkini, böyük fərqlə Serdar Adalı qazanaraq, “Beşiktaş”ın yeni prezidenti olub. Yeni klub rəhbərinin ilk açıqlaması belə olub:
“Mənimlə birlikdə gedən bütün “Beşiktaş”lı dostlarıma təşəkkür edirəm. “Beşiktaş”ımızı daha yaxşı günlərə daşıyacağımızın fərqindəyik. Bütün camiəni bir araya gətirəcəyik. Bu, “Beşiktaş”ın layiq olduğu günlərə çatmasının yeganə yoludur. Qazanan “Beşiktaş” azarkeşləri olacaq.”
Səslərin hesablanması başa çatmış 25 seçki qutusunun ümumi nəticəsi:
Serdal Adalı: 8.901
Hüseyin Yücel: 3.637