AZ

ABŞ-də matəm elan edildi

ABŞ Prezidenti Co Bayden keçmiş ABŞ prezidenti Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini ölkədə milli matəm günü elan edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

O, ABŞ vətəndaşlarını Karterin xatirəsini ehtiramla yad etmək üçün bu gün ibadət yerlərinə toplaşmağa çağırıb.

“Mən 9 yanvar 2025-ci il tarixini bütün Birləşmiş Ştatlarda milli matəm günü elan edirəm”, - bəyanatda deyilir.

Bayden, həmçinin hərbi bazalar və diplomatik missiyalar da daxil olmaqla, ölkə daxilində və beynəlxalq səviyyədə dövlət obyektlərində bütün ABŞ bayraqlarının  30 gün müddətinə endirilməsini əmr edib.

Bundan əvvəl Bayden və yeni seçilmiş ABŞ lideri Donald Tramp ölkənin eks-prezidentinin vəfatı ilə bağlı başsağlığı verib.

ABŞ-nin 39-cu prezidentinin ölümü barədə daha əvvəl Karter Mərkəzi məlumat vermişdi. Siyasətçi 100 yaşında dünyasını dəyişib. Karter melanomanın öhdəsindən gəlməyə çalışıb, bütün bu vaxtı ailəsi ilə keçirib və müalicədən imtina edib.

Xəzər

"Cebheinfo.az"

Seçilən
87
1
cebheinfo.az

2Mənbələr