AZ

ABŞ Cimmi Karterin ölümü ilə əlaqədar matəm elan edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Birləşmiş Ştatlar Prezidenti Co Bayden 9 yanvar 2025-ci il tarixini ABŞ-də milli matəm günü elan edib.
Oxu.Az xəbər verir ki, məlumat Ağ Evin saytında yerləşdirilib.
Qeyd olunur ki, qərar ABŞ-nin sabiq prezidenti Cimmi Karterin 100 yaşında vəfatı ilə bağlıdır.
"Kədərimizə şərik olmaq üçün insanları bu vida tədbirinə qoşulmağa dəvət edirəm", - Co Baydenin imzaladığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, ABŞ-nin keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində vəfat edib. C.Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb.
Seçilən
91
50
oxu.az

10Mənbələr