Amerikanın 39-cu prezidenti vəfat edib - Foto
1976-cı ildə Amerikada çox nüfuzlu bir siyasi xadim kimi demokratlar tərəfindənnamizədliyi irəli sürülən və həmin dövrdə ölkədə keçirilən prezident seçkilərindəqalib gəlib ABŞ-nın 39-cu prezidenti seçilən Cimmi Karter 100 yaşında dünyasını dəyişib.
Reyting.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Nəşr Cimmi Karterin vəfat etməsi barədə xəbəri eks-prezidentin oğlu Ceymsə (o, Çip kimi tanınır) istinadla yayıb. Daha sonra isə Karter Mərkəzi də keçmiş prezidentin ölümünü təsdiqləyib.
Xatırladaq ki, Cimmi Karter 1976-cı ildə demokratların namizədi olaraq prezident seçilib. Daha əvvəllər isə tanınmış siyasətçi Corciya ştatının qubernatoru (1971-1975), eləcə də ştat senatoru (1963-1967) olub.
C. Karter sonuncu dəfə 1980-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Ronald Reyqana uduzub və daha sonra insan hüquqları, həmçinin xeyriyyəçiliklə məşğul olmaqla yanaşı, Karter Mərkəzini təsis edib. 2002-ci ildə isə ABŞ-nın keçmiş prezidenti "dünyada münaqişələrin sülh yolu ilə həlli, eləcə də insan hüquqlarının təşviqi sahəsində göstərdiyi çox böyük səylərə görə" Nobel Sülh Mükafatı alıb.
2015-ci ildə C. Karter xərçəng diaqnozu ilə müalicəyə cəlb olunub. 2023-cü ildə o, sonrakı müalicədən imtina edib və bəyan edib ki, həyatının qalan hissəsini Corciya ştatının Plains şəhərindəki evdə, hospis müalicəsi almaqla, keçirməyi seçir.
Oqtay QORÇU