Cənubi Koreyanın "Jeju Air" aviaşirkətinə məxsus təyyarədə növbəti dəfə şassi problemi meydana gəlib.
Musavat.com Yonhap agentliyinə istinadən xəbər verir ki, hadisə bazar ertəsi Kimpxo hava limanından havaya qalxan Boeing B737-800 markalı təyyarədə baş verib.
Uçuşdan bir müddət sonra ekipaj sərnişinlərə təyyarənin şassisində yaranan mexaniki nasazlıq barədə məlumat verib. Bu səbəbdən təyyarə təxminən bir saatdan sonra geriyə dönərək Kimpxo hava limanına enib.
Məlumata görə, bu da bir gün əvvəl qəzaya uğrayan eyni marka və model təyyarədəndir. "Jeju Air" aviaşirkətinin 41 təyyarədən ibarət aviaparkında 39-u məhz Boeing B737-800 markalı təyyarələrdir.