AZ

Colani: Suriyanın PKK/YPG bazasına çevrilməsinə icazə verməyəcəyik

Suriyadakı yeni administrasiyanın lideri Əhməd Şara ölkənin “terror təşkilatı PKK/YPG-nin hücum bazası” olmasına imkan verməyəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Suriyada yeni administrasiyanın lideri Əhməd Şəra Səudiyyə Ərəbistanının Əl Ərəbiyyə televiziyasına verdiyi müsahibədə ölkədəki proseslər, konstitusiya quruluşu və gələcək seçkilərlə bağlı qiymətləndirmələr edib.

Milli Dialoq Konfransının cəmiyyətin bütün təbəqələrini bir araya gətirəcəyini söyləyən Şara, "Cəmiyyətin bütün təbəqələrinə bu konfransda iştirak imkanı verəcəyik və konfrans iştirakçılarına keçid dövründə alınacaq həssas qərarları izah edəcəyik”-deyə, bildirib.

AA xəbərinə görə, Şəra yaxın zamanda İdlibdə təklif edilən xidmətlərə bənzər xidmətləri ölkə daxilində təqdim edəcəklərinə diqqət çəkərək, “Ümid edirlər ki, Suriya yalnız İdlib kimi deyil, 1 ildə inkişaf etmiş ölkələr kimi olacaq və köklü dəyişəcək"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
58
turkustan.az

1Mənbələr