AZ

Ölkə prezidenti cənab İlham Əliyevin göstərdiyi siyasi iradə baş vermiş faciənin ört-basdır edilməsinin qarşısını alacaq ​

Təəssüflər olsun ki, mühüm  siyasi və digər uğurlu proseslərlə başladığımız 2024-cü il bitmək üzərəykən hər birimizi dərin sarsıntı və üzüntüyə boğdu. Belə ki, cari ilin 25 dekabr tarixində Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus Embraer tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edərkən faciə yaşanmışdır.67 nəfərin-5 ekipaj və 62 sərnişinin olduğu təyyarə qəzasındasərnişinlərin yarısı dünyasını dəyişmişdir.

Bütün Azərbaycanı dərin hüznə boğan müəmmalı təyyarə qəzasının Rusiya ərazisində, daha dəqiq desək Qroznı səmasında baş verməsi cəmiyyətimizdə insanlarımızı haqlı olaraq çox narahat etmişdir. Çünki sağ qalmış sərnişinlər tərəfindən qəzadan əvvəl lentə alınmış görüntülər və qəzadan sonra təyyarə qalıqları üzərindəki qəlpə izləri təyyarəyə silahlı hücum olduğunu sübut edir. Bundan əlavə araşdırılma zamanı bəlli olmuşdur ki, silahlı hücuma məruz qalan təyyarəni nə Qroznı, nəMinvod, nə də ki, Mahaçqala hava limanlarına eniş etməyə imkan verilməmişdir. Bundan əlavə təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətəsalınmışdır. Təyyarə Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau hava limanına yollanmağa məcbur olmuşdur. Əlbətdə ki, baş verənlər Azərbaycan xalqında haqlı suallar yaratmış və bunun səbəblərinin araşdırılması tələb olunmuşdur. Bütün bu qaranlıq məqamların və sualların aydınlaşması üçün kütləvi informasiya vasitələrində ciddi müzakirələr aparılır və müxtəlif fərziyyələr irəli sürülürdü.

Belə bir məqamda hər kəsi dərin kədərə qərd edən faciənin səbəblərinin aydınlaşması istiqamətində dövlət rəhbərimiz tərəfindən dərhal komissiya yaradıldı və yerində müşahidə aparmaq üçün faciə baş verən əraziyə göndərildi. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, faciə barədə məlumatı ölkə prezidenti cənab İlham Əliyev MDB Zirvə görüşündə iştirak etmək üçünSankt-Peterburqa uçarkən təyyarədə almışdır. Dərhal geri qayıtmış və faciənin araşdırılması üçün təxirəsalınmaz tapşırıqvermişdir.

Beynəlxalq normalara görə təyyarə qəzaları hansı ölkənin hava məkanında baş verirsə bu hadisəyə görə də cavabdeh həmin o ölkədir. Bu qəzada Rusiya ərazisində baş verdiyinə görə cavabdeh və məsuliyyət daşıyan ölkə Rusiyadır. Təəssüf doğurucu məqamlardan biri də odur ki, hadisənin yaşandığı gündən 3 gün ərzində Rusiya tərəfindən üzrxahlıq edilməmiş, əksinə qəza ilə bağlı müxtəlif cəfəngiyah fərziyyələr irəli sürülmüşdür.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbləri bəllidir. Faciəyə görə qarşı tərəf üzr istəməli, məsuliyyəti öz üzərinə götürməli, dəymiş zərərə görə kompensasiya ödəməli və hadisəni törədənləri cinayət məsuliyyətinə cəlb etməlidirlər. 

Hər birimiz baş vermiş faciənin yaşandığı ilk andan cənab Prezident İlham Əliyevin qətiyyətinin və sərt mövqeyinin şahidi olduq. Bu qətiyyət sayəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəng edərək üzrxahlığını ifadə etmişdir. Ümid edirik ki, yaxın günlərdə Rusiya dövləti Azərbaycanın digər haqlı tələblərini də yerinə yetirəcəkdir.

Hal-hazırda təyyarənin qara qutusunun oxunması üçün beynəlxalq ekspertlər dəvət olunub və bu proses davam edir. Qara qutu tam oxunduqdan sonra ictimaiyyətə yekun dolğun məlumat veriləcəkdir. Bu sözləri hava limanında Prezident İlham Əliyev həyatını itirmiş ekipaj üzvləri ilə vida mərasimində iştirak edərkən Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirib.

Təyyarə qəzasında insan təlafatını minimuma endirmək üçün təyyarə ekipajının göstərdiyi qəhrəmanlığı sözlərlərlə ifadə etmək mümkünsüzdür. İdarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etmişlər. Öz həyatları naminə sərnişinlərin həyatlarını qurtarmağa çalışmaları sözün əslmənasında qəhrəmanlıq nümunəsidir.

Ölkə prezidenti İlham Əliyev tərəfindən dünyasını dəyişən iki pilot və baş bələdçiyə Azərbaycanın Milli Qəhrəmanı adının, digər sağ qalan iki ekipaj üzvünə isə 1-ci dərəcəli Rəşadət ordeninin verilməsi xalqımız tərəfindən

yüksək dəyərləndirilir.

Allah faciə nəticəsində dünyasını dəyişən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin, sağ qalanlara isə Allahdan şəfa diləyirik.

Tanrı Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan xalqını qorusun.

Eldəniz Zeynalov Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

Seçilən
88
missiya.az

1Mənbələr