Bakı. Trend:
Cənubi Koreya prezidenti vəzifəsini icra edən, baş nazirinmüavini Çxve San Mok, 29 dekabrda “Jeju Air” aviaşirkətinə məxsustəyyarənin Muan hava limanında qəzaya uğramasından sonra aviasiyatəhlükəsizlik sisteminin yenilənməsi ilə bağlı göstəriş verib.
Trend CənubiKoreya KİV-ə istinadən xəbər verir ki, 30 dekabrda Çxve San Mok“Jeju Air” qəzası ilə əlaqədar olaraq yaradılmış fövqəladə hallarvə təhlükəsizlik üzrə mərkəzi qərargahda dördüncü iclasınıkeçirib.
“Hadisələrin təkrarlanmaması üçün bütün təyyarə təhlükəsizliksistemlərinin yoxlanmasını dərhal həyata keçirin və aviasiyatəhlükəsizliyi sistemini tamamilə yeniləyin”, – deyə Çxve San Mokgöstəriş verib.
Prezident vəzifəsini icra edən şəxs, həmçinin, istintaqorqanlarını araşdırma prosesində şəffaf olmağa və həlak olanlarınyaxınlarını məlumatlandırmağa çağırıb.
İclasdan sonra məlum olub ki, Cənubi Koreya hakimiyyəti ölkədəkibütün “Boeing 737-800” təyyarələrinin yoxlanılmasını həyatakeçirəcək.