Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer - “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov ifadə verib.
"Unikal" xəbər verir ki, Məlum olub ki, faciə zamanı təyyarəni idarə edən dispetçer Ramzan Kadırovun sevimli klubu “Terek”in (indiki “Axmat”) keçmiş futbolçusu Əli İdrisovdur. O, dünən axşam dindirilib. İdrisov əmin edir ki, o, təyyarə eniş zamanı hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə fövqəladə vəziyyətdən beş dəqiqə sonra məlumat alıb.
VÇK-OGPU Qroznıdan olan dispetçerin “Bakı-Qroznı” reysi ekipajı ilə danışıqlarından fraqmentlər olduğu iddia edilən stenoqram yayıb.
08:16:05 e: Bizdə idarəetmə sıradan çıxdı, kabinədə quş zərbəsi oldu. Kabinədə quş zərbəsi (naməlum).
08:16:16 d: AXY8243, başa düşdüm, sizə hansı kömək lazımdır?
08:16:41 e: Mineralnı Vodı hava şəraiti necədir, kömək edin, zəhmət olmasa....