AZ

IATA AZAL təyyarə qəzasının hərtərəfli, qərəzsiz və şəffaf araşdırılmasını tələb edir

Bakı. Trend:

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 25 dekabrda başvermiş “Azərbaycan Hava Yolları” (AZAL) təyyarə qəzasınınhərtərəfli, qərəzsiz və şəffaf şəkildə araşdırılmasına çağırıb.

Trend xəbərverir ki, bu barədə IATA-nın baş direktoru Villi Uolşun bəyanatındadeyilir.

“Mülki hava gəmiləri heç bir halda, nə məqsədli, nə də təsadüfənhərbi əməliyyatların hədəfi olmamalıdır. Bir sıra ölkələrin, ocümlədən Rusiya və Azərbaycanın hökumətlərinin açıqlamalarına görə,AZAL-ın 8243 saylı reysi ilə uçan təyyarənin qəzasının hərbiəməliyyatlar nəticəsində baş verməsi ehtimalı çox yüksəkdir. Bufakt araşdırmanın dəqiq, şəffaf və qərəzsiz aparılmasının xüsusiəhəmiyyətini vurğulayır.

Dünya, Çikaqo Konvensiyasına əsasən beynəlxalq öhdəliklərçərçivəsində, 30 gün ərzində araşdırmanın aralıq hesabatının dərcolunmasını gözləyir. Əgər bu faciənin səbəbinin hərbi əməliyyatlarolduğu təsdiqlənsə, məsul şəxslər cavab verməli və ədalətqarşısında dayanmalıdır”, – deyə IATA-nın baş direktoru Villi Uolşbildirib.

Xatırladaq ki, dekabrın 28-dən 29-na keçən gecən “AzərbaycanHava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysiniyerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığındaqəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlarİqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi HöküməƏliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfərhəlak olub, 29 nəfər isə yaralanıb.

Seçilən
68
4
az.trend.az

6Mənbələr