Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsini Qroznıdan idarə edən dispetçer keçmiş futbolçu Ali İdrisov olub.
İdman.biz xəbər verir ki, adıçəkilən şəxs 2009-2015-ci illərdə "Terek" klubunun üzvü olub, əsasən əvəzedici heyət və ikinci komandada oynayıb.
Müstəntiqlər İdrisov başda olmaqla, Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Çeçenistan bölməsinin əməkdaşlarını dindiriblər.
Qroznıda təyyarəni koordinasiya edən dispetçerin sözlərinə görə, o, "xalça" planından təyyarənin vurulmasından 5 dəqiqə sonra xəbər tutub.
Qeyd edək ki, "xalça" planı havada fövqəladə, müstəsna hallarda tətbiq olunur. Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndirilirlər.
İdman.biz