1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrailin "El Al" aviaşirkəti Tel-Əvivdən Moskvaya uçuşları 2025-ci ilin mart ayının sonuna qədər dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə aviaşirkətin nümayəndəsi bildirib.
Aviaşirkət bu addımı Rusiyanın hava məkanının təhlükəli olması ilə əlaqələndirib.
Xatırladaq ki, Qroznıya yollanan, lakin məcburiyyətdən Aktau yağınlığında qəza enişi edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra "El Al" aviaşirkəti Moskvaya uçuşları bir həftəlik dayandırmışdı.