İsrailin qabaqcıl aviadaşıyıcısı "El Al" bildirib ki, Tel-Əvivdən Moskvaya uçuşların dayandırılmasını 2025-ci il martın sonuna qədər uzatmaq qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri bildirib.
"Vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra “El Al” qış cədvəlinin sonuna qədər Tel-Əviv-Moskva marşrutu üzrə bütün əməliyyatlarını dayandırır", - aviaşirkətin bəyanatında deyilir.
Aviaşirkət bu qərarı 25 dekabrda Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qəzasından sonra mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq qəbul etdiyini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta