Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın Muan hava limanında təyyarə qəzaya uğrayıb və nəticədə 179 nəfər həlak olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza enişi edən təyyarənin son 48 saat ərzində 13 uçuş həyata keçirdiyi məlum olub.
Bununla bağlı turizm sənayesinin rəsmiləri açıqlama verib. Bildirilib ki, bu uçuşların bəziləri Çin, Tayland, Malayziya, Yaponiya və Tayvan istiqamətinə olub.
Qeyd edək ki, Jeju Air ölkədəki digər hava yolu şirkətləri ilə müqayisədə ayda orta hesabla ən çox təyyarə istifadə edən şirkətlərdən biridir.