Belə ki, vəziyyətlə bağlı yeni xəbərlər yayılıb. Kuluarlarda gəzən söz-söhbətə inansaq, klubun idman direktoru Kamran İsmayılov AFFA-dan bunu tələb edib: 2-ci dövrədə keçirdiyimiz matçlar da araşdırılsın!
Ona görə ki, funksioner həmin dönəmdə qeydə alınan ardıcıl məğlubiyyətlərin təsadüfən baş vermədiyini düşünür və həqiqətin aşkara çıxmasını arzulayır.
Bu barədə Kamran bəyin fikirlərini öyrənməyə çalışsaq da, cavab bizi məmnun etmədi:
“Adil Nağıyevlə Georgi Kantariyanın ayrılığını rəsmən edərkən bildirdik ki, əlavə açıqlama vermək istəmirik. İndi də nəsə dəyişməyib. Hələ ki durumla bağlı şərh verməyə ehtiyac görmürük”.
Xatırladaq ki, “şirlər” 2-ci dövrə çərçivəsində keçirilən 9 matçda cəmi bir qələbə qazanıb.
KƏNAN BAHADIR