Bakı. Trend:
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC)balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
Trend-in İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyiməlumata görə, siyahıda 4 ədəd müxtəlif hava gəmisi yer alıb.
Belə ki, onlardan biri buraxılış ili 2004-cü il olan "SUPER PUMAAS 332 L" hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd"EUROCOPTER EC155 B1" və buraxılış ili 1992-ci il olan "Mİ-8 MTV-1"hava nəqliyyat vasitəsidir.
Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə,"EUROCOPTER EC155 B" 1 239 000 manata, iki ədəd "EUROCOPTER EC155B1"dən birincisi 644 000 manata, digəri 508 000 manata,
"Mİ-8 MTV-1" tipli hava gəmisi isə 600 000 min manata iştirakçılaratəklif olunur.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, ƏmlakMəsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-cimərtəbədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20