Qroznı hava limanının nəzarətçisi Əli İdrisov Bakıdan gələn təyyarə HHM tərəfindən vurulan zaman “yerdə” baş verənlər barədə “VÇK-NQPU” teleqram kanalına danışıb.
Azpost.info bildirir ki, İdrisovun sözlərinə görə, “o, əlinin altında olan məlumatlarıa işləyib” və “vaxtla bağlı çətinlik” var idi.
Radio mübadiləsinin stenoqramına əsasən, Əli İdrisov PUA-nın hücumu və “Xalça” planı barədə xəbər tutandan sonra da təyyarənin ekipajına məlumat verməyib: “22-ci dəqiqədə “Xalça” planı haqqında məlumat aldım”.
Hava hücumundan müdafiə qüvvələrinin təyyarəni vurmasından cəmi 5 dəqiqə sonra- 08.21-də bu barədə hava limanına məlumat gəlib. Eyni zamanda, İdrisov saat 08.27-dək təyyarə ilə əlaqə saxlayıb. Bundan sonra təyyarə təxminən bir saat havada qalıb.
Belə görünür istintaq dispetçer İdrisovun nə üçün susduğunu araşdırmalı olacaq. Çünki kritik bir anda ekipajın hücum haqqında məlumatı olsaydı təyyarədəki zərbəni səhvən quş zərbəsi hesab etməzdi.
Dispetçer bunu “ekipajın artıq alternativ aerodrom üçün yola düşmək qərarına gəlməsi” və “əlaqənin qeyri-sabit olması ilə izah edib.