Bakı, 30 dekabr, AZƏRTAC
ABŞ-ın 39-cu Prezidenti Cimmi Karterin rəsmi dəfn mərasimi yanvarın 9-u paytaxt Vaşinqtonda keçiriləcək.
AZƏRTAC-ın xəbərinə görə, məlumatı Ağ evdən təsdiqləyiblər.
Həmçinin Prezident Co Bayden yanvarın 9-nu milli matəm günü elan edib.
Cimmi Karter dekabrın 29-da 100 yaşında vəfat edib. O, 1977-1981-ci illərdə Prezident olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton