“Qırmızı-qaralar”a ən yaxın olan “Karvan” isə həm xal, həm də göstəricilər baxımından əsas rəqibindən geri qalır. 8-ci turda keçirilən oyundan qəbələlilər qalib ayrılmışdı (1:0). Yevlax təmsilçisinin futbolçuları Bəhruz Teymurov (9 qol) və Emil Qasımov (6 qol) bombardir olsalar da, həmin oyunda “qırmızı-qaralar”ın qapısına yol tapa bilmədilər.
Görəsən, “Qəbələ”nin qapısına yol tapmaq niyə belə çətindi?
“Football-plus.az”ın sualını Emil Qasımov belə cavabladı:
“Liqada 9 rəqib komanda olsa da, onlardan birincisi “Qəbələ”di. İlk qarşılaşmamızda məğlub olsaq da, onlara qarşı yaxşı oyun nümayiş etdirdik. Qol vurmaq şanslarımız da oldu, amma yararlana bilmıdik. Bəzi səhvlərin ucbatından 3 xalımızdan olduq.İki yüzfaizlik penaltimiz təyin olunmadı. Bu da uduzmağımızın ən böyük səbələrindən biri oldu. Ona görə də hazırda “Qəbələ” liderdi. Amma gələn dəfə çalışacağıq ki, o komandaya qol vuraq. Sırf hədəfim olmayıb ki, “Qəbələ”yə qol vuracam. Bir komandaya köklənməmişik. Əsas hədəfimiz yüksək yerlərdə qərarlaşmaq və daha çox qol vurmaqdı. Sırf bir komandaya fokuslanmırıq, çempionatda neçə komanda varsa, hamısına qarşı eyni ruhda çıxırıq. “Qəbələ” premyer-liqa təcrübəsi olan, Avropada çıxış etmiş komandadı. Ən azı bunları da nəzərə almalıyıq. Orda hazırda təcrübəli futbolçular da var. Məncə, bunlar vacib amillərdi. Qarşıda onlara qarşı iki oyunumuz da var”.
RÖYANƏ OĞUZ