Bakı. Trend:
Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişintəyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsindəyaralanan daha 3 Azərbaycan vətəndaş ölkəyə gətirilərək “YeniKlinika”ya yerləşdirilib.
Trend xəbər verir ki, onlarBakıya iki xüsusi tibbi təyinatlı təyyarə ilə gətiriliblər.
TƏBİB-dən Trend-ə bildirikib ki, səhiyyə naziri Teymur Musayevvə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xəsarət alanvətəndaşlarımızı ziyarət edib, onların səhhəti ilə maraqlanıb.
Hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostikmuayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müvaviq şöbələrəyerləşdirilməsi təmin olunacaq.