Klubunu dəyişmək, özünə yeni klub tapmaq istəyən futbolçular indidən hərəkətə keçib. Bu arada maraqla gözlənilən Adil Nağıyevlə Georgi Kantariyanın seçimidi. Axı “Şamaxı”nın futbolçuları danışılmış oyunlarda iştirakda suçlanır. Kantariya ilə əlaqə saxladıq, hazırda nə ilə məşğul olduğunu soruşduq.
Onun “Football-plus.az”a cavabı belə oldu:
“Hazırda təklif gözləyirəm, danışıqlar gedir. Yəqin tezliklə qərar veriləcək. Təkliflərim Azərbaycandan deyil. Bura gələndən AFFA-dan heç kim mənimlə əlaqə saxlamadı. “Şamaxı”nın taleyi? Ötən tur “Sabah”la oyunu izlədim. Düzdü, qələbə qazandılar. Amma düşünürəm ki, Ayxan Abasovun komandası elitanı tərk edə bilər”.
RÖYANƏ OĞUZ