AZ

DƏHŞƏTLİ hadisə: Azərbaycanda ata ərini qonşusu ilə aldadan qızını belə cəzalandırdı

 

Samux rayonunda namus üstündə qızınıöldürməyə cəhd etməkdə təqsirli bilinən 1955-ci il təvəllüdlü Sadif Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadlarışərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Sadif Vəliyevin doğma qızı Sevda Əliyeva 2017-ci ilin iyulun 2-dən 25-nə keçən gecə əri Sadiq Əliyev növbədə olarkən tanışı Xəyyam Hüseynovu yaşadığı Samux rayonu Ziyadlı kəndində yerləşən evinə dəvət edib.

 

 

 

Həmin gecə Sevda Əliyev Xəyyam Hüseynov ilə evində görüşərək, cinsi əlaqədə olub. Xəyyam Hüseynovun Sevda Əliyeva ilə intim əlaqədə olmasını sonuncunun yaxınlıqda olan qohumu Mədət Bayramov bilib.

 

 

 

Bundan xəbər tutan Mədət Bayramov Sevda Əliyevanın atası Sadif Vəliyevə telefon vasitəsi ilə məlumat verib. Qızının evindən bir qədər aralıda yaşayan Sadif Vəliyev saat 06 radələrində ora gəlib.

 

 

 

Sadif Vəliyev qızının evinə gəldiyini eşidən Xəyyam Hüseynov yataq otağının pəncərəsindən çıxaraq qaçıb. Sadif Vəliyev qızını Xəyyam Hüseynovla birlikdə olmasını görə bilməyib.

 

Daha sonra Sadif Vəliyev qızını öz yaşadığı evinə gətirib. Orada qonaq otağında ikilikdə qızından tanışı Xəyyam Hüseynov ilə görüşüb, ərinə xəyanət etməsinin doğru olub-olmamasını soruşub.

 

 

 

Bu zaman Sevda Əliyeva susaraq, atasına bir cavab verməyib. Həmin vaxt Sevda Əliyeva ağlayıb. Qızının belə vəziyyətə düşməsi, həmçinin susmasını ərinə xəyanət etməsi kimi qəbul edən Sadif Vəliyev ictimaiyyət arasında rüsvay olduğunu, qızının bu hərəkətinin onun nüfuzuna xələl gətirdiyini düşünüb.

 

 

 

Belə olan halda Sadif Vəliyev qızını öldürüb, ondan qisas almaq qərarına gəlib. Bu niyyətini həyata keçirmək məqsədilə Sadif Vəliyev qızını əvvəlcə içildikdə insan həyatı üçün təhlükəli olan sirkə turşusu içməklə özünü öldürməyə məcbur edib.

 

Sirkə turşusu içəndən sonra qızı Sevda Əliyevanın ölmədiyini gərən Sadif Vəliyev otaqda masanın üstündə olan stəkanı sındırıb. Sonra sınmış hissəsi ilə onu eyni məqsədlə bilək nahiyəsini kəsməyə vadar edib.

Seçilən
18373
bizimshow.az

1Mənbələr