Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar Yeni klinikaya yerləşdiriliblər.
Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Yeni Klinikaya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.
Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir: "Vəziyyətləri orta sabitdir"
ONN İnformasiya Agentliyi