AZ

Talibandan qadınlara “pəncərə” qadağası

2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın qadınlara tətbiq etdiyi məhdudiyyətlərə yenisi əlavə edilib.

Turkustan.az xəbər verir ki, Əfqanıstanda Taliban administrasiyası ədəbsiz hərəkətlərdən narahat olduğunu əsas gətirərək qadınların istifadə etdiyi otaqlarda pəncərə tikilməsini qadağan edib. Sərəncama əsasən, yeni tikiləcək binaların həyətə, mətbəxə, qonşu quyusuna baxan və qadınların adətən istifadə etdiyi digər otaqlarda pəncərələri olmayacaq. Hazırda bu yerlərdə açıq olan pəncərələr də bağlanacaq.

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlamasında deyib: “Qadınlar olan otaqlarda pəncərə olmamılıdır. Onların mətbəxdə və ya həyətdə işlədiyini görmək ədəbsizlikdir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
83
turkustan.az

1Mənbələr