1994-cü ildən 2020-ci ilə kimi nazir postunda çalışamış Əbülfəs Qarayev vəzifədən azad ediləndən sonra cəmiyyətdə müzakirə olunan simalardan birinə çevrildi.
Əbülfəs Qarayev ilk dəfə 1994-cü ildə gənclər və idman naziri təyin olunub. 2001-ci ildə sözügedən nazirlikdə islahatlar aparılaraq əhatə etdiyi darələr genişləndirilib. Nəticədə Ə.Qarayev 2001-ci ildən 2006-cı ilədək Gənclər, İdman və Turizm Nazirliyinə rəhbərlik edib. 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən 2020-ci il mayınadək mədəniyyət naziri olub.
2020-ci il mayın 21-də Prezident İlham Əliyev Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. Onun işdən azad olunmasının səbəbi Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) nazirlikdə apardığı araşdırmalar nəticəsində nöqsanların aşkar edilməsi olub.
Əbülfəs Qarayev bu günlərdə Modern.az saytının redaksiyasında qonaq olub. O, əməkdaşımızla müsahibədə 26 illik nazir fəaliyyətindən, həmin dövrdə aparılan islahatlardan, yerinə yetirilməyən yarımçıq işlərdən, nazirliyin fəaliyyətini ləngidən hadisələrdən, eyni zamanda DTX-nın nazirlikdə apardığı araşdırmalardan danışıb.
Eks-nazirlə videomüsahibəni təqdim edirik: